[b]Prosineçkinin əsəbləri tarıma çəkildi, stəkanı sındırdı[/b]
10.06.2017 - 22:50
[b]Prosineçkinin əsəbləri tarıma çəkildi, stəkanı sındırdı[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - Şimali İrlandiya oyunundan sonra kiçik insident yaranıb. Apasport.az saytının məlumatına görə, matçdan sonra baş tutan mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki əsəblərinə hakim ola bilməyib.

 

Belə ki, xorvatiyalı mütəxəssis ona ünvanlanmış “Bursaspor”a mümkün keçidi ilə bağlı xəbərə cavab verməyəcəyini bildirib. Ancaq həmkarımızın israrından sonra əsəbləşərək əlini stola çırpan Prosineçki stəkanı sındırıb.

 

Daha sonra “Siz mənim burdan getməyimi istəyirsiniz?” deyən çalışdırıcı sakitləşib.

 

0