[b]X Sport, Hazzard, Jalə və Chipsim brendləri Dünya Kubokuna dəstək oldu[/b]
13.06.2017 - 16:31
[b]X Sport, Hazzard, Jalə və Chipsim brendləri Dünya Kubokuna dəstək oldu[/b]

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ Atıcılıq Klubu”nun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda keçirilən yarışlara X Sport idman içkisi, Hazzard enerji içkisi, Jalə təbii meyvə şirələri, sular və Chipsim brendləri də dəstək olub.

Qəbələnin Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində təşkil edilən yarışlarda 45-dən çox ölkədən 900-ə yaxın idmançı, eləcə də rəsmi qonaqlar iştirak edir. Onlar arasında dünyanın tanınmış atıcıları, eləcə də dünya və avropa çempionları, olimpiya oyunlarının qalibləri də var. İyunun 14-dək davam edəcək mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparır. Oğlan və qızlar yarış zamanı tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirir.

Azərbaycanı bu mötəbər yarışda 10 idmançı təmsil edir. Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin qalibləri bu ilin oktyabrında Hindistanda keçiriləcək final yarışında iştirak edəcəklər.

 

0