[b]“Barsa” Bakıya gələ bilər[/b]
13.06.2017 - 16:35
[b]“Barsa” Bakıya gələ bilər[/b]

Qadın voleybolçular arasında “Çelenc Cup”da mübarizə aparacaq komandalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Super Liqasının gümüş medalçısı “Azərreyl” təmsil edəcək.

 

Bakı təmsilçisinin potensial rəqibləri arasında 13 ölkədən 17 klub var. Sabah keçiriləcək püşkatmada oktyabrın 24-də start götürəcək yarışın cütləri bilinəcək.

 

“Azərreyl”in potensial rəqibləri: “Amiqos-Van Pelt”, “Oostende” (hər ikisi Belçika), “Bursa BŞB” (Türkiyə), “Tarqovitse”, “Ştiinta” (hər ikisi Rumıniya), “Barsa” (İspaniya), “Dinamo” (Rusiya, Krasnodar), “Holte” (Norveç), “Linz Steq” (Avstriya), “Mladost” (Xorvatiya), OrPo, “Pölkki” (hər ikisi Finlandiya), “Valfer” (Lüksemburq), “Slaviya” (Slovakiya), “Tent” (Serbiya), “Qalina” (Lixtenşteyn), “Viteos Neuçatel Universite” (İsveçrə)

0