[b]“Qəbələ” ikinci sınağında "Axmat"a məğlub oldu - YENİLƏNİB[/b]
15.06.2017 - 21:50
[b]“Qəbələ” ikinci sınağında "Axmat"a məğlub oldu - YENİLƏNİB[/b]

Avstriyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Tirol bölgəsində, İnsbruk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində hazırlıq keçən baş məşqçi Roman Qriqorçuk yetirmələrini ikinci dəfə sınamaq imkanı əldə edib.

 

Avropa Liqasında ölkəmizi təmsil edəcək “qırmızı-qaralar” Rusiyanın Premyer Liqa təmsilçisi “Axmat”la qarşılaşıb.

 

 

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan əsas yığmanın düşərgəsində olan futbolçular – Cavid Hüseynov, Ruslan Qurbanov, Araz Abdullayev, Ürfan Abbasov və yeni transfer Elvin Məmmədov komandaya bu gün qoşulublar.

 

İlk matçında yerli “Fulpmes”i 8:0 hesabı ilə darmadağın edən “Qəbələ” ikinci oyununda nisbətən güclü komanda ilə qarşılaşıb. Görüş Rusiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Premyer Liqada son mövsümü 5-ci pillədə başa vuran komanda əvvəlcə “Terek” adlanıb. Lakin yaxın günlərdə adı dəyişdirilən klub Çeçenistanın keçmiş prezidenti Axmat Kadırovun şərəfinə “Axmat” adlandırılıb.

 

Qeyd edək ki, iyunun 23-dək Avstriyada hazırlıq keçəcək “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.

 

Yoxlama oyunu

15 iyun

 

“Qəbələ” – “Axmat” - 0:1

Qol: Zaur Sadayev

Avstriya, İnsbruk

 

“Qəbələ”: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rasim Ramaldanov, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Ülvi İbazadə, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo

 

0