[b]“Zirə”nin Bolu hazırlığı davam edir - FOTOSESSİYA[/b]
15.06.2017 - 16:13
[b]“Zirə”nin Bolu hazırlığı davam edir - FOTOSESSİYA[/b]

Ölkəmizi avrokuboklarda təmsil edəcək “Zirə” təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iyunun 13-də “İnter”lə yoxlama oyunu keçirən “Zirə” dünən bir məşqlə kifayətlənib.

 

Yüngül toplu çalışmaların ardından baş məşqçi Ayxan Abbasov futbolçulara bərpa proqramı verib.

 

Bakı klubu bu gündən etibarən yenidən intensiv məşqləri davam etdirir. Komanda bu gün iki məşqə çıxıb və əsasən taktiki-texniki hazırlıq üzərində çalışıb.

0