[b]BOS San-Marino və Çexiya üçün hazırlanır - FOTOSESSİYA[/b]
16.06.2017 - 13:38
[b]BOS San-Marino və Çexiya üçün hazırlanır - FOTOSESSİYA[/b]

Bakı Olimpiya Stadionunun (BOS) ot örtüyü dəyişdirilir. Apasport.az saytının BOS-un rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, bu yöndə proseslərə start verilib.

 

Bunda məqsəd milli komandamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti iki ev matçına arenanı hazırlamaqdı. Ot örtüyünün bərpa prosesi bitdikdən sonra stadion turları yenidən fəaliyyətə başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələ çərçivəsində San-Marino (4 sentyabr) və Çexiyanı (5 oktyabr) Bakı Olimpiya Stadionununda qəbul edəcək.

0