[b]Bakı klubu ukraynalı oyunçu ilə vidalaşdı - FOTO[/b]
16.06.2017 - 14:43
[b]Bakı klubu ukraynalı oyunçu ilə vidalaşdı   - FOTO[/b]

“Azəryol”un vidalaşdığı ilk voleybolçunun adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Ukrayna millisinin blokçusu Svetlana Dorsmanla yollarını ayırıb.

 

Belə ki, Super Liqanın bürünc medalçısı 24 yaşlı voleybolçu ilə başa çatan müqaviləni uzatmayıb. Nəticədə Dorsman təklifləri dəyərləndirməyə başlayıb.

 

Qeyd edək ki, Svetlana ötən mövsümün əvvəlində “Azəryol”a transfer olunmuşdu. 

0