Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə yenə ikinci yeri tutub
16.04.2008 - 10:18
Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə yenə ikinci yeri tutub
Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın San Prudensio şəhərində şahmat üzrə blits turnir keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, 32-ci dəfə təşkil olunan yarışda Azərbaycan şahmatçısı Azər Mirzəyev də iştirak edib. İspaniyada yaşayan həmyerlimiz keçirdiyi 9 oyundan 6,5 xal toplayaraq, ikinci yeri tutub. Həmyerlimizi ispaniyalı David Nyeto Larino (7,5 xal) qabaqlayıb.
Qeyd edək ki, A.Mirzəyev bundan əvvəl Bilbao şəhərində təşkil olunan analoji yarışı da 7,5 xalla ikinci pillədə başa vurub.
0