[b]Zaur Svanadze Türkiyədəki son matç haqqında danışdı[/b]
18.06.2017 - 00:42
[b]Zaur Svanadze Türkiyədəki son matç haqqında danışdı[/b]

“Bu gün keçirdiyimiz oyun Avropa Liqası matçları ərəfəsində başlıca repetisiya idi. Güclü komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Türkiyədə təlim-məşq toplanışında olan paytaxt təmsilçisi sonuncu hazırlıq oyununda “Vitorul” ilə qarşılaşıb. Rumıniya çempionunu 2:1 hesabı ilə məğlub edən “keçmiş bankirlər” hazırlığı major notda başa vurublar.

 

Oyundan sonra komandanın gürcü çalışdırıcısı fikirlərini bölüşüb: “Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik. Qarşılaşmadan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər.

 

Toplanış məhsuldar oldu. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik. Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Hazırlıq barədə ümumi qiymət müsbətdir. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik”.

0