SİZİN REKLAM BURADA

Millimiz dünya çempionatı üçün Koreyaya yollandı

Taekvondo üzrə milli komandamız dünya çempionatında iştirak etmək üçün Koreya respublikasına yola düşüb. Apasport.az saytının məlumatına görə, 24-30 iyun tarixlərində Koreyanın Muju şəhərində Dünya Taekvondo Federasiyasının təşkilatçılığıyla keçiriləcək böyüklər arasında dünya çempionatına milli komandamız 12 idmançı ilə qatılacaq.

 

Baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun sərəncamında olan taekvondoçulardan kişilər arasında Qaşım Maqomedov (54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Sina Bahrami (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsaev (+87 kq) mübarizə aparacaq.

 

Qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Elnur Amanovun yetirmələrindən isə 46 kq çəki dərəcəsində Safiye Polat, Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq) və Fəridə Əzizova (67 kq) mükafatçılar sırasında yer almağa çalışacaq.
 

Artıq komandamız Koreyanın Muju şəhərindədi. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə yarışda təmsil olunan komandamız 2 iyulda vətənə dönəcək.

 

Qeyd edək ki, taekvondo idman növü üzrə dünya çempionatı iki ildən bir keçirilir. Ümumilikdə dünya çempionatları tarixində Azərbaycan taekvondoçularının aktivində iki qızıl medal var. Belə ki, 2001-ci ildə ölkəmizə ilk qızıl medalı Niyaməddin Paşayev qazandırıb. 2015-ci ildə son mundialda isə 14 il fasilədən sonra Radik İsaev çempion tituluna sahib olub. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220