[b]Fasilə başa çatdı: Avroliqa başlayır - AFİŞA[/b]
18.06.2017 - 16:11
[b]Fasilə başa çatdı: Avroliqa başlayır - AFİŞA[/b]

Avropa Liqasında yeni mövsüm həyəcanı başlayır. Apasport.az saytının məlumatına görə, ölkəmizi qitənin ikinci dərəcəli klub turnirində üç komanda təmsil edəcək.

 

“Zirə”, “İnter” və “Qəbələ” nüfuzlu yarışda Azərbaycan adına mübarizə aparacaqlar.

 

Sabah turnirin I və II təsnifat mərhələsinin püşkü atılacaq. Mübarizəyə I təsnifat mərhələsindən start verəcək “İnter” və “Zirə” səpələnmişlər sırasında yer alacaqlar və nisbətən zəif rəqiblərlə qarşılaşacaqlar.

   

Ümumilikdə isə Avropa Liqasının I təsnifat mərhələsində 100 komanda yer alacaq. Püşk zamanı bunların 50-si səpələnmiş, qalan yarısı isə səpələnməmişlər səbətində yer alacaqlar. 

 

50 səpələnməmişdən 48-si Azərbaycan komandaları ilə görüşə bilər. Ermənistan təmsilçiləri “Pünik” və “Qandzasar” isə Bakı klublarına rəqib olmayacaqlar.

 

Avropa Liqası

I təsnifat mərhələsi

 

Səpələnmişlər

“Makkabi” (Təl-Əviv, İsrail), “Midtyulland” (Danimarka), “Dinamo” (Belarus), “Lex” (Polşa), HİK (Finlandiya), AİK (İsveç), “Voyvodina” (Serbiya), “Videoton” (Macarıstan), AEL (Kipr), “Şaxtyor” (Belarus), “Slovan” (Slovakiya), “Srvena Zvezda” (Serbiya), “Trençin” (Slovakiya), “Skenderbeu” (Albaniya), “Rayndorf” (Avstriya), “Sent Conston” (Şotlandiya), AEK (Kipr), “İnter” (Azərbaycan), “Beytar” (İsrail),  “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Osiyek” (Xorvatiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Reykyavik” (İslandiya), “Norçepinq” (İsveç), “Milsami” (Moldova), “Lyunqbyu” (Danimarka), “Kalyu” (Estoniya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Botev” (Bolqarıstan), “Olimpiya” (Sloveniya), “Valletta” (Malta), “Vaduts” (Lixtenşteyn), “Yagelloniya” (Polşa), “Levski” (Bolqarıstan), MOİK (Bolqarıstan), “Styarnan” (İslandiya), “Hoqesund” (Norveç), “Domjale” (Sloveniya), “Ordabaşı” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Ferensvaroş” (Macarıstan), “Kruzaders” (Şimali İrlandiya), “Rabotniçki” (Makedoniya), “Qlazqo Reyncers” (Şotlandiya), “Şirak” (Ermənistan), “Daçiya” (Moldova), “Mladost” (Monteneqro), “Zirə” (Azərbaycan)

 

Səpələnməmişlər

“İrtış” (Qazaxıstan), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), “Nova Qoritsa” (Sloveniya), “Sutyeska” (Monteneqro), “Pünik” (Ermənistan), “Partizani” (Albaniya), “Mladost” (Serbiya), “Şemrok Rovers” (İrlandiya), “Flora” (Estoniya), “Çixura” (Gürcüstan), “Linkoln” (Cəbəllütariq), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Kork Siti” (İrlandiya), “Zeta” (Monteneqro), B-36 (Farer adaları), “Rujomberok” (Slovakiya), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Zarya” (Moldova), “Vaasa” (Finlandiya), “Valyur” (İslandiya), “Vaşaş” (Macarıstan), “Atlantas” (Litva), “Suduva” (Litva), “Tirana” (Albaniya), “Qandzasar” (Ermənistan), “Torpedo” (Gürcüstan), “Trakai” (Litva), “Tre Penne” (San-Marino), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Baltsan” (Malta), “Konnak” (Uels), “Banqor” (Uels), “UE Santa Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya), “Folqor” (San Marino), “Floriana” (Malta), “Kolreyn” (Şimali İrlandiya), “Ballimena” (Şimali İrlandiya), “Sent Culiya” (Andorra), “Klaksvik” (Farer adaları), “Sent Cozef” (Cəbəllütariq), “Priştina” (Kosovo)

 

Azərbaycan Premyer Liqasının vitse-çempionu “Qəbələ” isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridi. Onlardan 12-si səpələnmiş, 4-ü səpələnməmişdi. Güclülərin arasında olan “Qəbələ” nisbətən zəiflə görüşəcək. Püşkatmada təmsilçimiz səpələnməmişlərdə olan 4 komanda və ya I təsnifat mərhələsinin cütlərindən biri ilə üz-üzə gələcək.

 

I təsnifat mərhələsinin 50 cütündən 21-i səpələnmiş, 29-u isə səpələnməmiş olacaq. Premyer Liqanı 3-cü pillədə tamamlayan “İnter” ilk mərhələdə olduğu kimi, turu keçəcəyi halda II təsnifat mərhələsində də səpələnmişlərdən olacaq.

 

II təsnifat mərhələsi

Səpələnmişlər

“Qalatasaray” (Türkiyə), “Astra” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Mlada Boleslav” (Çexiya), “Luzern” (İsveçrə), “Brondbü” (Danimarka), “Qəbələ” (Azərbaycan), “Aberdin” (Şotlandiya), “Utrext” (Hollandiya), “Şturm” (Avstriya), “Panionios” (Yunanıstan)

 

Səpələnməmişlər

“Bney Yehuda” (İsrail), “Dinamo” (Brest, Belarus), “Ostersun” (İsveç), “Brann” (Norveç)

0