[b]“Liverpul” rekorda hazırlaşır[/b]
18.06.2017 - 17:30
[b]“Liverpul” rekorda hazırlaşır[/b]

“Roma” yarımmüdafiəçisi Məhəmməd Salaha görə “Liverpul”un təklifi ilə razılaşıb. Apasport.az saytının məlumatına görə, italiyalılar ingilislərin 39,5 milyon funtluq (45 milyon avro) təklifini qəbul edib.

 

Salah iyunun 20-də tibbi müayinədən keçmək üçün İngiltərəyə gedəcək.

 

Transfer rəsmiləşsə, bu, “Liverpul”un tarixində rekord göstərici olacaq. İndiyə qədər “Liverpul” ən böyük məbləği Endi Kerrol üçün ödəyib. 2011-ci ildə onu “Nyukasl”dan almaq üçün 35 milyon funt ödənilmişdi.

 

Qeyd edək ki, 25 yaşlı Salah ötən mövsüm “Roma”nın heyətində 41 oyun keçirib, 19 qol vurub, 15 qol ötürməsi edib. “Roma” misirlini 2016-cı ildə “Çelsi”dən 15 milyon avroya almışdı.

0