“Sevilya” bu futbolçudan imtina etdi
18.06.2017 - 18:43
“Sevilya” bu futbolçudan imtina etdi

“Sevilya” Stevan Yovetiçin transferindən imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə Əndəlüs təmsilçisinin idman direktoru Oskar Arias açıqlama verib.

 

O, yerli mətbuata bildirib ki, bunun üçün bir çox faktorlar önəmli olub.

 

Yanvar ayından etibarən “Sevilya”da icarə əsasında çıxış edən və müqavilə ilə “İnter”ə bağlı olan monteneqrolu oyunçu bu müddətdə meydana çıxdığı 21 matçda 6 qol vurub və 4 dəfə məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Yovetiç daha əvvəl “Fiorentina”, “Mançester Siti” və “Partizan”da oynayıb.

0