[b]Portuqaliyanın qolu niyə sayılmadı? - FOTO[/b]
18.06.2017 - 20:28
[b]Portuqaliyanın qolu niyə sayılmadı? - FOTO[/b]

Konfederasiyalar Kubokunun ikinci oyun günündə hazırda davam edən Portuqaliya – Meksika matçında videotəkrardan istifadə edilib.

 

Belə ki, qarşılaşmanın 21-ci dəqiqəsində avropalılar hesabda önə keçib. Baş hakim və yan xətt hakimi əvvəlcə qolu qeydə alsa da, sonradan video hakim sisteminə baxış keçirməyi qərara alıblar.

 

Bu zaman isə Pepe ilə birlikdə daha 4 portuqaliyalı futbolçunun oyundan kənar vəziyyətdə olduğu aydın olub.

 

Qeyd edək ki, video təkrar sistemi (VAR) Konfederasiyalar Kubokunda ilk dəfə sınaqdan keçirilir. Sistem artıq 2016-cı ilin klublararası dünya çempionatında da istifadə edilib.

 

0