[b]MOİK-in müdafiəçisi “Qəbələ” ilə oyundan danışdı[/b]
18.06.2017 - 23:15
[b]MOİK-in müdafiəçisi “Qəbələ” ilə oyundan danışdı[/b]

“Komandamızın “Vakker” ve “Qəbələ” ilə oyunlarından razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan MOİK-inin müdafiəçisi Nikolay Bodurov deyib.

 

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” MOİK və yerli “Vakker”in iştirakı ilə turnirdə çıxış edib.

 

Hər oyunu 45 dəqiqədən ibarət olan mini-yarışda həm “Qəbələ”yə, həm də “Vakker”ə qalib gələn “hərbçilər”in müdafiəçisi turnir haqqında fikirlərini klub saytına bildirib: “Özümü yaxşı fiziki formada hiss edirəm. Amma hələ də üzərimizdə çalışmalıyıq. Qələbələr sevindiricidir və bu uğur futbolçulara özünə inam üçün faydalı olacaq. Komandamızdakı yeni oyunçuların da çıxışı uğurlu alındı. Əminəm ki, onları hər biri özünü yaxşı tərəfdən göstərib, Avroliqada bizə kömək edəcəklər”.

0