[b]“Qəbələ” ilə matçda...” – bolqarıstanlı baş məşqçi[/b]
18.06.2017 - 23:28
[b]“Qəbələ” ilə matçda...” – bolqarıstanlı baş məşqçi[/b]

Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Bolqarıstanın MOİK və yerli “Vakker” klubunun iştirakı ilə “Stubay Cup”da iştirak edən “Qəbələ” turnirdəki hər iki oyunda məğlub olub. Apasport.az saytının məlumatına görə, mini-turnir başa çatdıqdan sonra bolqarların baş məşqçisi Stamen Belçev yarış haqqında fikirlərini bölüşüb.

 

O, komandasından razı qaldığını bildirib: “Komandamızın iki qələbə qazanması sevindiricidir. Xüsusilə də, oyunçuların səylə mübarizə aparması xoşuma gəldi. Hiss olunur ki, özlərini yaxşı tərəfdən göstərməyə can atırlar. Enrike “Vakker”ə qarşı başdan sona oynadı, “Qəbələ” ilə matçda isə meydana sonradan çıxdı. Qarşıdakı günlərdə heyətimizə yeni oyunçular da qoşulacaq. Düşünürəm ki, qısa zamanda hamı hazır olacaq”.

 

0