SİZİN REKLAM BURADA

ÇL: “Qarabağ”ın bəxtinə "Samtredia" düşdü - YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə ilk iki təsnifat mərhələsinin püşkü atılıb.

 

Öncə qitənin 10 ən zəif çempionu 5 cütlük təşkil edib. I təsnifat mərhələsinin bu cütləri iyunun 27-28-də ilk, iyulun 4-5-də cavab oyunlarını keçirəcək.

 

Ardınca mübarizəyə II təsnifat mərhələsindən başlayacaq 29 klub və öncəki raundun 5 cütünün iştirakı ilə püşkatma baş tutub. Burada 34 iştirakçı 17 cütlük təşkil edib.

 

Yarışa II təsnifat mərhələsindən start verəcək Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olub. Qurban Qurbanovun yetirmələri səpələnməmişlər səbətində yer alan “Samtredia” (Gürcüstan) ilə üz-üzə gələcək. Bu mərhələnin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə 18-19-da oynanılacaq.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi

Çempionlar Liqası

 

I təsnifat mərhələsi

(27-28 iyun/4-5 iyul)

1. “Vikinqur” (Farer adaları) - “Trepça” (Kosova)

2. “Hibernians” (Malta) - “İnfonet” (Estoniya)

3. “Alaskert” (Ermənistan) - “Santa-Koloma” (Andorra)

4. TNS (Uels) - “Europa” (Cəbəllütariq)

5. “Linfild” (Şimali İrlandiya) - “La Fiorita” (San-Marino)

 

II təsnifat mərhələsi

(11-12/18-19 iyul)

APOEL (Kipr) - “Dudelanj” (Lüksemburq)

“Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan)

“Qarabağ” (Azərbaycan) - “Samtredia” (Gürcüstan)

“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro)

I təsnifat mərhələsinin 2-ci cütünün qalibi - “Zalsburq” (Avstriya)

“Şerif” (Moldova) - “Kukesi” (Albaniya)

“Astana” (Qazaxıstan) - “Spartak” (Latviya)

BATE (Belarus) - I təsnifat mərhələsinin 3-cü cütünün qalibi

“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka)

“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan)

“Riyeka” (Xorvatiya) - I təsnifat mərhələsinin 4-cü cütünün qalibi

“Malmö” (İsveç) - “Vardar” (Makedoniya)

“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya)

“Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç)

“Hafnarfyordur” (İslandiya) - I təsnifat mərhələsinin 1-ci cütünün qalibi

I təsnifat mərhələsinin 5-ci cütünün qalibi - “Seltik” (Şotlandiya)

“Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa)

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10