[b]Yamayka da millimizi keçdi, ümid Kurasaoyadı[/b]
19.06.2017 - 10:28
[b]Yamayka da millimizi keçdi, ümid Kurasaoyadı[/b]

Milli komandaların iyulun 6-da açıqlanacaq FİFA reytinqi ilə bağlı təxminlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunda baş tutan seçmə və yoxlama oyunlarının nəticələri ehtimallar cədvəli tərtib etməyə imkan verib.

 

Düzdü, Rusiyada keçirilən Konfederasiyalar Kuboku, həmçinin müxtəlif statuslu azsaylı digər qarşılaşmalar bir sıra komandaların mövqeyinə təsir edəcək. Amma qarşıdakı görüşlərdən asılı olmayaraq, Azərbaycan yığmasının mövqeyi haqda müəyyən mülahizələr yürütmək mümkündü.

 

Bir sözlə, DÇ-2018-in seçmə mərhələsinin Bakıda keçirilən oyununda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzan Azərbaycan yığmasının gələn ay rəsmən açıqlanacaq siyahıdakı mövqeyi təxminən məlumdu. Robert Prosineçkinin yetirmələri uduzmaqla 12 xal itirib. Belə ki, artıq yığmamız 439 deyil, 427 xala malik olacaq.

 

Bu isə komandamızın mövqeyinə xeyli təsir edəcək. İyunun 1-də dünyanın 76-cısı olan yığmamız ən azı 3 pillə geriləyəcək

 

Məğlubiyyətdən öncə qabaqladığımız komandalardan Belarus, Yamayka, Çin, Trinidad Tobaqo və Qətər komandamızı arxada qoyacaq. Bu millilər xal hesabını artırmaqla yığmamızdan öndə qərarlaşacaq. Əvəzində Keniya böyük xal itkisi ilə bizdən geri düşəcək.

 

Beş komandanın millimizi, yığmamızın isə 1 rəqibi keçəcəyi dəqiqdi. Bu da 4 pilləlik geriləmə deməkdi. Amma gələnaykı xalı dəqiq olmayan Kurasao da var. Hazırda 70-ci olan bu ölkənin geriləmə ehtimalı var. Belə olarsa, komandamız 3 pillə geriləyib 79-cu yerdə qərarlaşacaq. Kurasaonun büdrəməsi reallaşmasa isə yığmamız 80-ci yerə yuvarlanacaq.

 

0