[b]“Qalatasaray” daha bir ulduzla anlaşdı[/b]
19.06.2017 - 11:46
[b]“Qalatasaray” daha bir ulduzla anlaşdı[/b]

“Qalatasaray” mövsümlərarası fasilədə növbəti ulduz futbolçu transferinə hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” fransalı müdafiəçi Qael Klişi ilə anlaşıb.

 

Bafetimbi Qomis və Yunes Belhandanı heyətinə qatan “sarı-qırmızılılar” Klişi uğrunda mübarizədə “Fənərbaxça” və “Başakşəhər”i qabaqlayıb. Klubun idman direktoru Cenk Ergün bir aydı danışıq apardığı 32 yaşlı futbolçu ilə hərtərəfli anlaşıb.

 

Klişinin hətta təyyarə bileti də alınıb və futbolçu gələn həftə İstanbula yollanacaq. Onun “Mançester Siti” ilə müqavilə müddəti başa çatdığından, bu keçid türklərə havayı başa gələcək. Yeni komandasında illik məvacibinin 2 və ya 3 milyon avro olması gözlənilən Fransa millisinin üzvünün 3 illik sazişə qol çəkməsi nəzərdə tutulub. Klişinin iyunun 28-dən etibarən “Qalatasaray”ın Slovakiya toplanışına qatılması planlaşdırılır.

 

Qeyd edək ki, karyerasına “Kan”da başlayan (2002-2003) Qael Klişi daha sonra 8 il “Arsenal”da (2003-2011), 6 il də “Mançester Siti”də (2011-2017) çıxış edib.

0