[b]Samir Məsimov Qurban Qurbanovun sabiq komandasında[/b]
19.06.2017 - 12:09
[b]Samir Məsimov Qurban Qurbanovun sabiq komandasında[/b]

AZAL-dan ayrılan Samir Məsimov karyerasını Rusiyada davam etdirə bilər. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin "Fakel” klubuna keçmək variantı yaranıb.

 

Belə ki, Məsimov I divizion təmsilçisinə baxışa yollanıb. O, Voronej klubunun “Avanqard”la keçirdiyi yoxlama görüşündə iştirak edib. “Fakel”in 4:3 hesabı ilə qalib gəldiyi matçın ilk hissəsində Samir real qol vəziyyətini boşa verməklə yadda qalıb. Baş məşqçi Pavel Qusev onunla bağlı qərarını hələ açıqlamayıb.

 

“Fakel” I divizionda 2016-2017 mövsümünü 10-cu pillədə bitirib.

 

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da vaxtilə bu klubun formasını geyinib. O, 1999, 2000-2001 və 2002-ci illərdə “Fakel”də çıxış edib.

 

 

0