[b]“Neftçi”nin ötən mövsümdəki bombardiri - VİDEO[/b]
19.06.2017 - 13:25
[b]“Neftçi”nin ötən mövsümdəki bombardiri - VİDEO[/b]

“Neftçi” növbəti video-roliki yayımlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İqnasio Erreranın ardından hücumçu Daniel Seqoviyanın ötən mövsümdəki çıxışı videoda öz əksini tapıb.

 

Bu ilin yanvarından "Neftçi”də forma geyinən Daniel Seqoviya 15 oyunda 5 qola imza atıb. İspan hücumçu həm də ötən mövsüm komandanın heyətində ən çox fərqlənən futbolçu olub.

 

0