[b]“İnter” imtina etdi, Türkiyənin yolunu tutdu[/b]
19.06.2017 - 13:54
[b]“İnter” imtina etdi, Türkiyənin yolunu tutdu[/b]

“Ayaks”ın müdafiəçisi Kenni Tete karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 21 yaşlı futbolçu “Qalatasaray”la danışıq aparır.

 

Hollandiyanın gənclər millisinin üzvünün “İnter”ə keçidi gözlənilirdi. “Neradzurra” onunla anlaşsa da, “Ayaks”ın tələb etdiyi 3 milyon avroluq transfer pulunu ödəməkdən imtina edib. Bu səbəbdən “İnter” məsələsinin üstündən xətt çəkən və “Qalatasaray”la danışıqlara başlayan Tete artıq Türkiyəyə yollanıb.

 

Qeyd edək ki, Kenni Tete ötən mövsüm “Ayaks”ın heyətində 23 oyunda iştirak edib, 3 qol, 2 assistlə yadda qalıb.

0