[b]Rəşad Sadıqov UEFA siyahısında “beş”liyə düşdü[/b]
19.06.2017 - 14:09
[b]Rəşad Sadıqov UEFA siyahısında “beş”liyə düşdü[/b]

Avrokubokların təsnifat mərhələsində ən çox oyun keçirən futbolçular müəyyənləşib. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun da adı yer alıb.

 

Məlum olub ki, Kuboklar Kuboku, Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələləri tarixində bu vaxta qədər ən çox Saşa İliç iştirak edib. O, 69 dəfə meydana çıxıb. Serbiyalı yarımmüdafiəçi bu göstəriciyə “Partizan”, “Qalatasaray” və “Zalsburq” klublarında nail olub.

 

İkinci yerdə Kostas Xaralambides (APOEL, “Panatinaikos”, “AEK Larnaka”) qərarlaşıb. 3-4-cü pillələri hərənin aktivində 55 oyun olan Vitali Rodionov (BATE) və Rəşad Sadıqov bölüşürlər. Millimizin kapitanı “Qarabağ”la yanaşı, “Neftçi” və “Kayserispor”un heyətində də avrokubokların təsnifat mərhələlərində çıxış edib.


”5-liy”i isə Stefan İşizaki (AİK, “Elfsborq”, “Valerenqa”) qapayır. 

0