[b]“Daha güclü komanda ilə düşə bilərdik” – “Samtredia”nın baş məşqçisi[/b]
19.06.2017 - 16:17
[b]“Daha güclü komanda ilə düşə bilərdik” – “Samtredia”nın baş məşqçisi[/b]

“Deyə bilmərəm ki, püşk bizim ürəyimizcə oldu. Çünki “Qarabağ” çox güclü komandadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze deyib.

 

Gürcüstan çempionu Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la üz-üzə gələcək.

 

Püşklə bağlı yerli mətbuata danışan Tsetsadze potensial rəqiblər arasında “Qarabağ”dan daha güclü komandaların olduğunu bildirib: “Püşkatmadan sonra bəxtimizin gətirdiyini deyə bilmərəm. Ancaq daha güclü komanda ilə də düşə bilərdik. Azərbaycan komandası ilə oyunlar öncəsi heyətimizi gücləndirməyə çalışacağıq”.

 

Qeyd edək ki, “Qarabağ”la “Samtredia” arasında ilk oyunlar iyulun 11-12-də, cavab matçları isə 18-19-da keçiriləcək.

0