[b]Əvvəl “Qarabağ”, sonra “Zirə”[/b]
19.06.2017 - 16:23
[b]Əvvəl “Qarabağ”, sonra “Zirə”[/b]

Avrokuboklar tarixində ikinci dəfə Azərbaycan və Lüksemburq klubları üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaq “Zirə” və “Differdanj”a qədər iki ölkə klubları yalnız bir dəfə münasibətlərini aydınlaşdırıb.

 

Bu duel ötən il baş tutub. Ardıcıl ikinci dəfə keçiriləcək Azərbaycan – Lüksemburq matçınadək üstünlük təmsilçimizin xeyrinədi.

 

Belə ki, ötən il Çempionlar Liqasında “Qarabağ” “Düdelanj”dan üstün olub. Bakıda 2 cavabsız qolla qələbə qazanan ağdamlılar səfərdə qolsuz bərabərliyə imza atıb.

 

2016/17

Çempionlar Liqası

II tənsifat mərhələsi

12 iyul. “Qarabağ” – “Düdelanj” (Lüksemburq) – 2:0

Riçard Almeyda (2)

 

20 iyul. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” – 1:1

Reynaldo Silva

 

0