[b]“Srvena Zvezda”dan “Mladost”a qədər[/b]
19.06.2017 - 16:30
[b]“Srvena Zvezda”dan “Mladost”a qədər[/b]

Bu gün keçirilən Avropa Liqasının I təsnifat mərhələsinin püşkü Azərbaycan klubunu növbəti dəfə Serbiya təmsilçisi ilə üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, indiyədək komandalarımız 6 dəfə bu ölkədən olan rəqiblə görüşüb.

 

Bunlardan biri Yuqoslaviya, biri isə Serbiya dönəminə təsadüf edib. “Mladost”la qarşılaşacaq “İnter”in özü də 9 il öncə serbiyalılarla münasibətlərinə aydınlıq gətirib. Həmin vaxt bakılılar “Partizan” səddini keçə bilməyib – 1:1, 0:2.

 

İndiyədək komandalarımız yalnız bir dəfə serbiyalıları mübarizədən kənarlaşdırıb. Buna 2 il əvvəl “Qəbələ” nail olub. Əyalət klubu “Çukariçki”dən güclü olub – 0:1, 2:0. 4 dəfə isə təmsilçimiz yarışla vidalaşıb. Bir duelin 2 matçı isə qrup mərhələsində baş tutub.

 

Ümumiyyətlə isə 12 oyunda yalnız 1 qələbə qazanmışıq. 4 heç-heçəsi olan təmsilçilərimiz 7 dəfə meydandan məğlub ayrılıb. Bu matçlarda futbolçularımız 10, rəqibləri 16 qol vurub.

 

Qeyd edək ki, iki ölkə klubları arasında ilk matç 1999-cu ildə “Neftçi” və “Srvena Zvezda”nın duelində gerçəkləşib.

 

 

1999/2000

UEFA kuboku

Təsnifat mərhələsi

12 avqust. “Neftçi” – “Srvena Zvezda” (Yuqoslaviya) - 2:3

Vadim Vasilyev (2)

26 avqust. “Srvena Zvezda” (Yuqoslaviya) - “Neftçi” - 1:0

2008/09

 Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

29 iyul. “İnter” – “Partizan” (Serbiya) - 1:1

Petar Zlatinov

6 avqust. “Partizan” (Serbiya) – “İnter” - 2:0

UEFA kuboku

1-cu təsnifat mərhələsi

17 iyul. “Voyvodina” (Serbiya) – “Olimpik” - 1:0

31 iyul. “Olimpik” - “Voyvodina” (Serbiya) - 1:1

Roman Axalkatsi

2012/13

Avropa Liqası

Qrup mərhələsi

20 sentyabr. “Partizan” (Serbiya) – “Neftçi” - 0:0

22 noyabr. “Neftçi” – “Partizan” (Serbiya) - 1:1

Flavinyo

2014/15

Avropa Liqası

4-cü təsnifat mərhələsi

21 avqust. “Partizan” (Serbiya) – “Neftçi” - 3:2

Denis Silva(2)

28 avqust. “Neftçi” - “Partizan” (Serbiya) - 1:2

Julius Vobay

2015/16

Avropa Liqası

2-ci tənsifat mərhələsi

16 iyul. “Çukariçki” (Serbiya) – “Qəbələ” - 1:0

23 iyul. “Qəbələ” - “Çukariçki” (Serbiya) - 2:0

Sergey Zenyov (2)

 

 

0