[b]Mariya Stadnikdən nümunəvi addım: ƏSGƏRƏ MƏKTUB YAZDI [/b]
19.06.2017 - 17:48
[b]Mariya Stadnikdən nümunəvi addım: ƏSGƏRƏ MƏKTUB YAZDI [/b]

Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik xoş addımla yadda qalıb. Apasport.az saytının məlumatına görə, 48 kq çəki dərəcəsində çıxış edən dünya çempionumuz Azərbaycan əsgərinə yazdığı məktubla ictimaiyyətin diqqətini özünə cəlb edib.

 

29 yaşlı idmançı vətənin keşiyində dayanan milli ordumuzun hər bir üzvünə təşəkkür edib: “Azərbaycanın bütün hərbi qulluqçularına möhkəm can sağlığı arzulayıram. Vətənə sevgi, patriotizm göstərdiyinizə, ölkəmizi qoruduğunuza, bizə sülh və əmin-amanlıq bəxş etdiyinə görə minnətdaram. Allah sizi və yolunuzu gözləyən, sizi sevən ailənizi qorusun”.

Qeyd edək ki, əslən Ukraynadan olan Mariya Stadnik 2007-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. 

0