[b]“Ronaldo həbsxanada “Miss Sentyabr” seçiləcək”[/b] - [b]FOTO[/b]
19.06.2017 - 21:24
[b]“Ronaldo həbsxanada “Miss Sentyabr” seçiləcək”[/b] - [b]FOTO[/b]

Almaniya millisinin və “Bavariya”nın keçmiş oyunçusu Mehmet Şoll qalmaqallı açıqlama ilə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məıumatına görə, veteran futbolçu Kristiano Ronaldo haqqında xoşagəlməz ifadələr işlədib.

 

Qatıldığı bir TV proqramında vergi məsələlərinə görə həbs təhlükəsi ilə üz-üzə qalan portuqaliyalı haqqında sualı cavablandıran Şoll oyunçu ilə yumşaq desək, məzələnib: “Əgər Ronaldonun vergi maxinasiyaları təsdiqlənsə, həbsə getməli olacaq. Əgər həbsxanaya düşsə, ona “Miss Sentyabr” adı verəcəklər”.

 

Qeyd edək ki, Ronaldo ilə bağlı İspaniya məhkəməsi istintaq aparır.

0