[b]Toni Adamsı “Sanderlend”ə gətirirlər[/b]
19.06.2017 - 22:57
[b]Toni Adamsı “Sanderlend”ə gətirirlər[/b]

Bu il Premyer Liqanı tərk edərək Çempionşipə yuvarlanan “Sanderlend”də idarə heyəti arasında anlaşmazlıqlar meydana gəlib. Apasport.az saytının məlumatına görə, fanatlar klubun hazırkı rəhbərliyindən çox narazıdırlar.

 

Belə olan halda isə məşhur və maddi imkanı yüksək olan azarkeşlərdən ibarət bir konsersium prezident Ellis Şorta klubu satmaq üçün müraciət edib. Tele və kinoprodüser Leo Perlman, Qeyb və Ben Ternerin təklifinə qarşılıq Şort 100 milyon funt tələb edib. Hələlik tərəflər arasında danışıqlar davam edir.

 

Maraqlıdır ki, əgər azarkeşlər klubun haqqlarını ələ alsalar, komandaya baş məşqçi olaraq keçmiş “Qəbələ”lə Toni Adamsı gətirməyi planlaşdırıblar.

0