[b]Əfsanə geri dönür[/b]
20.06.2017 - 00:33
[b]Əfsanə geri dönür[/b]

“Real” keçmiş hücumçusu Raulu geri qaytarmaq istəyir.  Apasport.az saytının məlumatına görə, “AS” nəşri bu iddia ilə çıxış edib.

 

“Kral klubu”nun və İspaniya millisinin əfsanəvi futbolçusu bu dəfə inzibati vəzifədə olacaq.

 

Deyilənə görə, Raul iyulun 3-də rəsmən yeni vəzifəsində təqdim olunacaq. O, bundan sonra "Real"da baş direktor Xose Anxel Sançesin müavini kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, Raul 2015-ci ildə aktiv karyerasını başa vurub və həmin dövrdən bəri ailəsi ilə birgə ABŞ-da yaşayır. O, 1994-cü ildən 2010-cu ilə qədər Madrid klubunda top qovub.

 

0