[b]Çempionun Avstriya gündəliyi[/b]
20.06.2017 - 01:10
[b]Çempionun Avstriya gündəliyi[/b]

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” üçüncü günü bir məşqlə başa vurub. Apasport.az saytının məlumatına görə, yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən məşq təxminən bir saat yarım davam edib.

 

Hazırlıqda fiziki və toplu çalışmalara üstünlük verilib.

 

Qeyd edək ki, “Qarabağ” iyunun 20-də təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Ağdam təmsilçisi Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq və matç Bakı vaxtıyla saat 19:00-da start götürəcək.

0