[b]Avropa çempionatında uğura imza atan cüdoçularımız Vətənə qayıdıblar - FOTOSESSİYA[/b]
20.06.2017 - 09:37
[b]Avropa çempionatında uğura imza atan cüdoçularımız Vətənə qayıdıblar - FOTOSESSİYA[/b]

Xorvatiyanın paytaxtı Zaqrebdə veteranlar arasında keçirilən Avropa çempionatının fərdi və komanda yarışında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Apasport.az saytının məlumatına görə, millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.


Qeyd edək ki, fərdi yarışlarda veteran cüdoçularımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar. Avropa çempionatının komanda yarışlarında isə millimiz 30-40 yaş kateqoriyası üzrə mübarizədə bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olub.

0