[b]“Şeydayev Azərbaycan millisində oynamaqdan zövq alır”[/b]
20.06.2017 - 10:55
[b]“Şeydayev Azərbaycan millisində oynamaqdan zövq alır”[/b]

“Şeydayev Azərbaycan yığmasında oynamaqdan məmnundu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zenit”in sabiq futbolçusu Camaldin Xocaniyazov deyib.

 

Millimizin formasını geyinən Ramil Şeydayevlə birlikdə Sankt-Peterburq təmsilçisinin yetirməsi olan Xocaniyazov karyerasını Danimarkanın “Orxus” klubunda davam etdirir.

 

Rusiya mətbuatına müsahibə verən 21 yaşlı müdafiəçi söhbət əsnasında dostu Şeydayev haqda da danışıb. O, Ramilin Azərbaycan yığmasını seçməsinə toxunub: “Şeydayev Azərbaycan millisində çıxış etməkdən zövq alır. Praktiki olaraq, hər matça əsas heyətdə çıxır. Yüksək səviyyədə oynayır və seçiminə görə peşman deyil”.

 

Əslən türkmənistanlı olan Xocaniyazov Rusiyanın U-17 yığmasında 24, U-21 millisində isə 12 oyun keçirib. O, hədəfinin Rusiyanın əsas millisində oynamaq olduğunu bildirib: “Türkmənistanlı olsam da, Özbəkistan yığmasından təklif almışam. Amma həmin təklifə diqqət ayırmadım. Rusiyada böyümüşəm və futbolçu kimi bu ölkədə yetişmişəm. Buna görə də, Rusiya millisində oynamaq istəyirəm”.

 

Qeyd edək ki, Camaldin Xocaniyazov 2015-ci ildən “Orxus” klubunun üzvüdü.

 

 

0