[b]Luka Modriç saxlanıldı[/b]
20.06.2017 - 11:55
[b]Luka Modriç saxlanıldı[/b]

Xorvatiya yığmasının və “Real”ın yarımmüdafiəçisi Luka Modriç saxlanılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb futbolçunun yanlış ifadə verməsi göstərilib.

 

Belə ki, Zaqreb “Dinamo”sunun sabiq prezidenti Zdravko Mamiçin məhkəməsində yalançı şahidliklə hakimi aldatmağa cəhd etdiyi üçün ulduz futbolçu barəsində ayrıca məhkəmə başladılıb. 31 yaşlı oyunçu bu gün yerli polislər tərəfindən saxlanılıb.

 

“Real”ın oyunçusunun 2008-ci ildə Zaqreb “Dinamo”sundan “Tottenhem”ə transferi zamanı sənədləri qanunsuz şəkildə hazırlamaqda günahlandırılan Zdravko Mamiçin də məhkəməsi davam edir. Məsələ burasındadı ki, Modriçin dediyi məbləğlə sənəddəki məbləğ arasında fərq olduğu aşkarlanıb.

 

Məhkəmə Mamiçin qardaşı Zoran Mamiçlə birlikdə 2008-ci ildən bəri “Dinamo”nun ölkə xaricindən əldə etdiyi transfer gəlirlərinin 15 milyon avrosunu öz hesabına köçürdüyünü və 1,6 milyon avroluq vergidən yayındığını açıqlayıb. Mamiçin günahı sübuta yetirilərsə, onunla yanaşı, Modriç də həbs ediləcək.

0