[b]Litvalı futbolçu “Qarabağ”ı zəif komanda sayır[/b]
20.06.2017 - 12:12
[b]Litvalı futbolçu “Qarabağ”ı zəif komanda sayır[/b]

“Mən başqa cür püşkə ümid edirdim. Daha münasib rəqibin olacağını düşünürdüm. Ancaq yenə də təslim olmaq fikrində deyilik”. Apasport.az saytının məlumatına görə, bunu “Jalgiris”in vitse-kapitanı Mantas Kuklis deyib.

 

Litva çempionu Çempionlar Liqasının II təsnifat mərhələsində “Ludoqorets”ə rəqib olub. Cütlüyü dəyərləndirən Kuklis son 6 mövsümdə Bolqarıstan çempionu olan “Ludoqorets”dən qorxduğunu etiraf edib.

 

Maraqlıdı ki, Litva yığmasının yarımmüdafiəçisi özlərinə ən münasib rəqib qismində “Qarabağ”ı gördüyünü söyləyib: “Nisbətən zəif komandalar olan “Qarabağ və ya “Partizan”a rəqib olmağı arzulayırdım. Əlbəttə ki, Azərbaycan və Serbiya çempionları bizim üçün ən münasib rəqiblər olardı. Belədə növbəti mərhələyə qədər daha yaxşı forma yığmış olardıq. “Ludoqorets” isə Çempionlar Liqasında oynamış, güclü komandadı. Bəlkə də, Bolqarıstan klubu püşkün nəticəsindən məmnundu. Bununla belə, onları mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan çempionu “Samtredia” ilə üz-üzə gələcək.

0