[b]“Zirə”nin büdcəsini açıqladılar: 400 min avroluq futbolçu kimdi?[/b]
20.06.2017 - 12:48
[b]“Zirə”nin büdcəsini açıqladılar: 400 min avroluq futbolçu kimdi?[/b]

Rumıniyanın “Astra” klubu Avropa Liqasının II təsnifat mərhələsində Bakıya səfər edə bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün Avroliqadakı təmsilçimiz “Zirə” I mərhələdən üzüağ çıxmalıdı.

 

Lüksemburq klubu “Differdanj”la qarşılaşacaq bakılılar rəqibi üstələyəcəkləri halda, növbəti mərhələdə “Astra” ilə üz-üzə gələcəklər.

 

Rumıniya mətbuatı “Astra”nın potensial rəqibləri haqda indidən informasiya yaymağa başlayıb. “Zirə”nin Azərbaycan çempionatının ötən mövsümünü 4-cü pillədə başa vurduğunu yazan həmkarlarımız klubun dəyərinin 4,2 milyon avro olduğunu vurğulayıblar.

 

Maraqlıdı ki, onlar müdafiəçi Akim Latifunun “Zirə”dən ayrılmasından xəbərsizdirlər. Rumıniya mətbuatı nigeriyalı futbolçunu Azərbaycan təmsilçisinin ən bahalı oyunçusu qismində göstərib. Onlar Latifunun qiymətinin 400 min avro olduğunu yazıblar.

 

Qeyd edək ki, “Zirə”nin “Differdanj”la ilk matçı iyunun 29-da, cavab görüşü isə iyulun 6-da baş tutacaq. Paytaxt klubu II təsnifat mərhələsinə adlayacağı halda, “Astra” ilə oyunlarını 13 və 20 iyul tarixlərində keçirəcək.

 

0