[b]Madonna futbolçu oğulluğuna 5 milyonluq ev aldı[/b]
20.06.2017 - 13:12
[b]Madonna futbolçu oğulluğuna 5 milyonluq ev aldı[/b]

Məşhur müğənni Madonna övladlığa götürdüyü David Bandanın ulduz futbolçu olması üçün fədakarlıq edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, 11 yaşlı Bandanı “Benfika”nın akademiyasına yazdırıb və özü də Portuqaliyaya köçüb.

 

Amerikalı “pop kraliçası” istedadlı olduğunu düşündüyü övladının gələcəyi üçün Nyu-Yorku tərk edib. Oğlu ilə birlikdə yaşamaq fikrində olan Madonna Lissabonda 5 milyon funt-sterlinq dəyərində ev alıb. O, həmçinin Bandanı bu şəhərdə illiyi 30 min funt-sterlinq olan fransız liseyinə yazdırıb. 5 yaşı olarkən anası xərçəng xəstəliyindən vəfat edən Madonna Bandanın da anasız böyüməməsi üçün bu addımı atdığını söyləyib.

 

Qeyd edək ki, Madonna David Bandanı 2006-cı ildə Malavidə övladlığa götürüb.

0