[b]Ronaldo məhkəmə qarşısına çıxacaq[/b]
20.06.2017 - 16:04
[b]Ronaldo məhkəmə qarşısına çıxacaq[/b]

Portuqaliya yığmasının və “Real”ın hücumçusu Kriştianu Ronaldo hakim qarşısına çıxacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçunun məhkəmə tarixi artıq müəyyənləşib.

 

Vergidən yayınmaqda ittiham olunan və həbsi tələb edilən 32 yaşlı forvardın məhkəməsi iyulun 31-də baş tutacaq. Onun “Real”da qalıb-qalmayacağının məhkəmə qərarından asılı olacağı da istisna deyil.

 

Qeyd edək ki, Ronaldo 14,7 milyon avroluq vergini ödəməməkdə ittiham olunur.

0