SİZİN REKLAM BURADA

“Formula-1”: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirildi

Bakıda keçiriləcək növbəti “Formula-1” yarışı ərəfəsində yeni ilin cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının İsveçrənin Cenevrə şəhərində baş tutan görüşü zamanı 2018-ci ildə “Formula-1” üzrə dünya çempionatının təqvimi təsdiqlənib.

 

Təqvimin 4-cü yarışı  Azərbaycan Qran-prisi adı altında paytaxt Bakıda keçiriləcək. Bununla da gələn il ilk 2 ilin təqvimdəki yeri ilə müqayisədə daha əvvəldə qərarlaşıb. Ardıcıl 2 il “F1”ə iyunda ev sahibliyi edən ölkəmiz yeni ildə turniri apreldə keçirəcək. Bakı Şəhər Halqası (BŞH) yarışı aprel 27-29-da təşkil edəcək.

 

Yeni təqvimin ilkin versiyasında digər maraqlı dəyişikliklər də var. 2016-cı ildə olduğu kimi 2018-ci ildə də rekord sayda yarış – 21 Qran-prinin keçiriləcəyi gözlənilir.

 

“Formula-1”in rəhbəri Çeyz Keri təqviminin ilkin variantının elanından sonra mətbuata verdiyi açıqlamada bildirib ki, təşkilatçılarının hazırlıq üçün vaxtlarının daha çox olması üçün gələn ilin təqvimini vaxtından əvvəl yekunlaşdırmaq istəyirlər: “FİA ilə yaxın əməkdaşlıq nəticəsində buna nail ola bildik. Hazırki yarış təşkilatçılarımıza hər bir yarışın xüsusi tədbir olduğunu göstərmək və ən vacib tərəfdaşımız olan “Formula-1” həvəskarları üçün hər bir yarışı unikal və yaddaqalan etmək istiqamətində var gücümüzlə çalışırıq. Əgər buna nail olsaq, bütün “Formula-1” ailəsi bundan faydalana biləcək”.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 16 13 2 1 26-6 41

2.

Qəbələ

16 11 2 3 30-15 35

3.

Zirə 16 9 4 3 25-14 31

4.

Sumqayıt

16 7 3 6 20-18

24

5.

Neftçi

16

6 1 9 18-18 19

6

Səbail 16 4 2 10 10-23 14

7.

Keşlə

16

3 3 10 11-25 12

8.

Kəpəz

16 2 1 13 10-31 7
               

 

Top 10