[b]Yığmamızın oyunçuları “Top-20”də - FOTO[/b]
20.06.2017 - 19:27
[b]Yığmamızın oyunçuları “Top-20”də - FOTO[/b]

Kişi voleybolçular arasında Avropa Liqasının I dövrəsinin bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk 3 turun nəticəsinə əsasən müəyyənləşən “Top-20”də Azərbaycan millisinin 2 oyunçusu da yer alıb.

 

Makedoniya, Albaniya və İsveçlə matçlarda 34 xal toplayan Pərviz Səmədov siyahıda 18-cidi. Onu komanda yoldaşı Dmitri Obodnikov izləyir. Sonuncu Səmədovdan 1 xal geri qalır.

 

Qeyd edək ki, ilk 3 oyunda uduzan yığmamız ikinci dövrənin matçlarını Albaniyada keçirəcəklər. 

0