[b]“Neftçi”nin hazırlıq planı dəqiqləşib[/b]
20.06.2017 - 18:39
[b]“Neftçi”nin hazırlıq planı dəqiqləşib[/b]

“Neftçi”nin 2017/18 mövsümünə hazırlıq planı müəyyənləşib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, iyunun 24-də və 25-də tibbi baxışdan keçəcək komanda ayın 26-da Bakıda 3 mərhələli toplanışa start verəcək. Ayın 23-dək davam edəcək hazırlıq prosesində 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.

 

İyulun 12-də "Kəpəz”lə qarşılaşacaq "Neftçi”nin ayın 15-də, 19-da və 22-dəki rəqibləri dəqiqləşməyib.


İyulun 24-dən etibarən hazırlığa Avstriyanın Kirxdorf bölgəsində davam edəcək komandamız ayın 26-da Almaniyanın "Şalke” klubu ilə yoxlama oyunu keçirəcək. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2-də və ya 3-də baş tutacaq. "Neftçi” avqustun 4-də Avstriyadakı hazırlığı başa vuraraq Bakıya qayıdacaq.

0