[b]Konfederasiyalar Kuboku: Portuqaliya və Meksika ilk qələbəsini qazandı - YENİLƏNİB[/b]
22.06.2017 - 00:01
[b]Konfederasiyalar Kuboku: Portuqaliya və Meksika ilk qələbəsini qazandı - YENİLƏNİB[/b]

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də ikinci tura start verilib. Apasport.az saytının məlumatına görə, A qrupunda iki görüş baş tutub.

 

Ev sahibi Rusiya turnirin favoritlərindən sayılan Portuqaliya yığması ilə qarşılaşıb. Ruslar yarışın açılış matçında Yeni Zelandiyaya qalib gəldikləri (2:0) halda, Portuqaliya Meksika üzərindəki qələbəni son anda əldən vermişdi (2:2). Şimal qonşularımız qələbə seriyasını davam etdirə bilməyiblər. Kristiano Ronaldonun yeganə qolu Portuqaliyaya 3 xal qazandırıb.

 

Qrupun digər matçında isə Meksika və Yeni Zelandiya milliləri üz-üzə gəlib. Hesabda geri düşən şimali amerikalılar sonradan toparlanaraq 2:1 hesablı əzmkar qələbə qazanıblar.

 

FİFA Konfederasiyalar Kuboku – 2017

21 iyun

 

A qrupu

Rusiya – Portuqaliya - 0:1

Qol: Ronaldo, 9

 

Meksika – Yeni Zelandiya - 2:1

Qollar: Ximenes, 54, Peralta, 72 - Vud, 42

 

 

1.

Portuqaliya

2

2

1

0

3:2

4

2.

Meksika

2

1

1

0

4:3

4

3.

Rusiya

2

1

0

2

2:1

3

4.

Yeni Zelandiya

2

0

0

2

1:4

0

 

 

0