[b]“Zirə”nin sifariş ərizəsi açıqlandı[/b]
21.06.2017 - 12:02
[b]“Zirə”nin sifariş ərizəsi açıqlandı[/b]

Avropa Liqasında iştirak edəcək “Zirə”nin I təsnifat mərhələsi üçün iştirak ərizəsi açıqlanıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi A siyahısına 19 futbolçunun adını daxil edib. 

 

Üç oyunçu - qapıçı Abdulla Seyidəhmədov, yarımmüdafiəçi İlkin Muradov və hücumçu Elgün Nəbiyevin adı isə B siyahısına salınıb.    

 

"Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsi üçün A siyahısı

Qapıçılar: 1. Anar Nəzirov, 85. Kamal Bayramov

Müdafiəçilər: 3. Josep Bum, 39. Sadiq Quliyev, 23. Yovan Krneta, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev, 28. Təmkin Xəlilzadə

Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 11. Viktor İbekoyi, 17. Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 99. Nicat Qurbanov, 7.Orxan Əliyev, 9. David Henri Manqa

Hücumçular: 43. Riçard Qadze, 10. Kervens Belfort

 

Qeyd edək ki, “Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun “Differdanj” klubu ilə qarşılaşacaq. İlk görüş iyunun 29-da Bakıda, cavab matçı isə iyulun 6-da səfərdə keçiriləcək.

0