[b]“Zirə” – “Differdanj” matçının saatı müəyyənləşdi[/b]
21.06.2017 - 13:41
[b]“Zirə” – “Differdanj” matçının saatı müəyyənləşdi[/b]

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində “Differdanj”la keçirəcəyi ilk oyunun başlanma vaxtı müəyyənləşib. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Lüksemburq klubunun rəsmi saytı yayıb.

 

Bildirilir ki, iyunun 29-da “Dalğa Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 6-da oynanılacaq.  

 

0