[b]“Qarabağ”ın ispaniyalısı qayıtdı - FOTO[/b]
21.06.2017 - 14:51
[b]“Qarabağ”ın ispaniyalısı qayıtdı - FOTO[/b]

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana da düşərgəyə qoşulub. 

 

Ancaq ispaniyalı futbolçu hələ məşq etmir. 4 aydı yaşıl meydanlardan kənarda qalan Dani yaxın günlərdə fərdi məşqlərə başlayacaq.

 

Qeyd edək ki, ötən mövsüm çərçivəsində fevralın 3-də AZAL-la baş tutan matçda zədələnən Dani Kintana əməliyyat olunmuşdu. 

0