[b]“Sumqayıt” debütantla qarşılaşacaq[/b]
21.06.2017 - 14:56
[b]“Sumqayıt” debütantla qarşılaşacaq[/b]

Premyer Liqa iştirakçısı “Sumqayıt”da istirahət başa çatır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi yeni mövsümün hazırlığına başlayır.

 

Baş məşqçi Samir Abasov sabah yetirmələrini bir araya gətirəcək. Saat 18:00-da isə Sumqayıt şəhər stadionunda komanda ilk məşqinə çıxacaq. “Sumqayıt” hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu keçirəcək. Plana əsasən, iyulun 2-də və 8-də Premyer Liqanın debütantı “Səbail” sınağa çəkiləcək.

 

Yoxlama oyunlarının saatı və komandanın ikinci hazırlıq mərhələsinin planı isə hələ bəlli deyil.

 

0