[b]“Qarabağ”a 7 futbolçu qoşuldu [/b]
21.06.2017 - 16:48
[b]“Qarabağ”a 7 futbolçu qoşuldu [/b]

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam klubunun düşərgəsinə daha 7 futbolçu qoşulub.

 

Bunlar Bosniya və Herseqovina millisində olan İbrahim Şehiç və yığma komandamıza dəvət alan Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Rahid Əmirquliyev, Qara Qarayev və Əfran İsmayılovdu. Dünəndən etibarən kollektivə qatılan adıçəkilən oyunçular bu gün məşqdə iştirak ediblər.

 

Şimali İrlandiya ilə seçmə mərhələ matçında yığmamızın heyətində debüt edən Riçard Almeyda isə yaxın günlərdə Avstriyaya gedərək, toplanışda iştirak edəcək.

0