[b]Ramil Şeydayev oynadı, komandası uduzdu[/b]
21.06.2017 - 17:24
[b]Ramil Şeydayev oynadı, komandası uduzdu[/b]

Millimizin üzvü Ramil Şeydayevin komandası “Jilina” yeni mövsümün hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Slovakiya çempionu yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Ölkənin digər klubu “Trençin”lə üz-üzə gələn “Jilina” uduzub. Belə ki, görüş Şeydayevin komandasının 3:6 hesablı məğlubiyyəti ilə nəticələnib.

 

Yığmamızın üzvü ikinci 45 dəqiqəni meydanda keçirib. O, fasilədə Otubanjonu əvəzləyib. Şeydayev meydana daxil olanda rəqib 4:2 hesabı ilə öndə olub.

 

Qeyd edək ki, transfer hüququ “Trabzonspor”a məxsus olan Ramil Şeydayev bu ilin yanvarından icarə əsasında “Jilina”da çıxış edir. 

 

 

0