[b]FİFA “Yuventus” haqda araşdırmaya başladı[/b]
21.06.2017 - 18:12
[b]FİFA “Yuventus” haqda araşdırmaya başladı[/b]

FİFA Pol Poqbanın ötən il “Yuventus”dan “Mançester Yunayted”ə transferini araşdırmağa başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Turin klubunun dünyanın ən bahalı keçidi zamanı qanunsuzluğa yol verdiyi iddia edilib.

 

Belə ki, ali futbol qurumu fransalı yarımmüdafiəçini 105 milyon avroya satan “Yuve” haqda intizam araşdırması aparmaq qərarına gəlib. Həmin vaxt Poqbanın meneceri Mina Rayolanın hər iki klubdan və futbolçudan pay aldığı, onun bu transferdən ümumi qazancının isə 50 milyon avro olduğu yazılmışdı. FİFA-nın 2015-ci ildə qəbul etdiyi qərara görə, üçüncü şəxs transferdən pay ala bilməz.

 

Maraqlıdı ki, bu məsələdə “Mançester Yunayted” günahsız hesab edilib və İngiltərə təmsilçisi haqda hər hansı bir araşdırmaya ehtiyac duyulmayıb.

0