[b]Sneyder “Qalatasaray”dan gedir?[/b]
21.06.2017 - 18:46
[b]Sneyder “Qalatasaray”dan gedir?[/b]

Mövsümlərarası fasilənin fəal komandalarından olan “Qalatasaray” aparıcı futbolçularından birini itirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Uesli Sneyderdən gedir.

 

Hollandiya millisinin üzvü karyerasını ABŞ-da davam etdirə bilər. Çünki “Monreal İmpakt” klubu onun xidmətində maraqlıdı. Əgər İstanbul nəhəngi bu keçidə razılıq versə, 33 yaşlı futbolçu bu yay ABŞ-a köçəcək.

 

Qeyd edək ki, Uesli Sneyder “Qalatasaray”a 2013-cü ildə “İnter”dən keçib.

0